Magnus Water

Şirkətimiz sifarişçilərin sənaye və ev tipli su təmizləmə sahəsindəki istək ve məmnuniyətini ön planda tutaraq daim ən dinamik və ideal çözümlər ortaya qoymaqdadır.

Haqqımızda

MƏHSULLARIMIZ

FƏALİYYƏT SAHƏLƏRİMİZ

OFİSLƏR

İstənilən sahədə fəaliyyət göstərən şirkətlər üçün su təmizləmə çözümləri.

FƏRDİ YAŞAYIŞ EVLƏRİ

Həyət evləri və ya binalar, həmçinin bağ evləri üçün su təmizləmə qurğuları.

DÖVLƏT MÜƏSSİSƏLƏRİ

Dövlət müəssisələri üçün miqdardan asılı olmadan su təmizləmə çözümləri.

KAFE VƏ RESTORANLAR

İctimai iaşə obyektləri üçün istənilən formada su təmizləmə qurğuları.

SƏNAYE SAHƏLƏRİ

İstehsalat prosesi aparan müəssisələr üçün su təmizləmə çözümləri.

TİBB MÜƏSSİSƏLƏRİ

Tibbi xidmət və istehsalat müəssisələri üçün su təmizləmə qurğuları.

Su təmizləmə sistemi nədir?

Haqqında danışdığımız bu sistemlər süzmə məntiqi ilə işləyir. Suda olan lazımsız maddələr bu filtr sistemləri daxilində təmizlənir və su təmiz hala gəlir. Hər bir cihazda istifadə edilən filtr növü və təyinatı fərqli olsa da, təbii ki, bu gün ən son texnologiya ilə istehsal olunan su təmizləmə sistemindən və məhsullardan istifadə edərək istək və ehtiyaclarınızı qarşılaya bilərsiniz.

ÜSTÜNLÜKLƏRİMİZ

Asandır

  • Su qabalarını, şüşələri daşımağa ehtiyac qalmır. Sadəcə kranı açmaq kifayətdir.
  • QƏNAƏTCİLDİR

  • Qablaşdırılmış sularla müqayisədə demək olar ki pulsuzdur.

Qoxusuzdur

  • Tərkibində suya pis qoxu və pis dad verən kimyəvi maddələr yoxdur.
  • Safdır

  • İçində asbest kimi borulardan keçən hissəciklər yoxdur.

TƏRAVƏTLİDİR

  • Bulaq suyu kimi oksigenlə zəngindir. Çünki gözləmədə çox qalmır daim yenilənir.
  • Yumşaqdır

  • Az miqdarda natrium, kalium, kalsium və maqnezium ionlarına görə seçilən bulaq suyu səviyyəsindədir.

6 MƏRHƏLƏLİ FİLTRASİYA

Sediment Filtr 12"

Təmizlənmə dərəcələri: 1 mikron - 5 mikron Qida mənşəli polipropilen lifdən hazırlanmış mexaniki ön filtr kartricidir. Suda həll olunmamış mexaniki çirkləndiriciləri (qum, lil, pas, bulanıqlıq) təmizləyir. Filtrasiya seçiciliyi 1 ilə 5 mikron arasındadır. Digər funksiyası sonrakı filtrlərin ömrünü uzatmaqdır.

Kartric 12" karbon GAC seriyası

Qranul aktivləşdirilmiş karbonlu filtrdir. Xlorun, xlor üzvi birləşmələrin, pestisidlərin və herbisidlərin, neft məhsullarının, xloroformun sudan çıxarılmasını həyata keçirir. Xoşagəlməz qoxu və dadı, uçucu üzvi maddələri (benzol, karbon tetraxlorid, atrazin) aradan qaldırır.

Kartric 12" karbon CTO seriyası

Karbon blok texnologiyasından (CTO) istifadə olunmaqla yaradılmış aktivləşdirilmiş karbon əsaslıdır. Preslənmiş kömür briketli filtrdir. Sudan üzvi birləşmələri, uçucu üzvi maddələri (benzol, tetraxlorid), ölçüsü 1 və ya daha çox mikron olan mexaniki çirkləndiriciləri, həmçinin ikinci filtrasiya mərhələsində yuyulmuş və membrana zərərli təsir göstərən kömür tozunun kiçik hissəcilərini təmizləyir.

Membran

Suyun süzülməsində ən əsas element. Məhsuldarlıqgündə təxminən 150 litr təmiz su (75 gallon) təşkil edir. Membran ən yüksək keyfiyyətdə içməli su əldə etməyə imkan verir. Tor kimi yarı keçirici bir materialdan hazırlanmışdır. Keçid məsamələrinin ölçüsü su molekullarının plçüsündən çox olmadığı üçün suda insan sağlamlığı üçün zərərli olan komponentlər, o cümlədən zərərli üzvi maddələri, xlor, bakteriya və viruslar təmizlənir.

Post karbon

Gümüşlə və kokos qabıqlarından hazırlanmış incə dənəvər karbonla aktivləşdirilmiş bakterisid post-filtr xloru, üzvi və orqanik xlor çirkləndiriciləri, pestisidləri, neft məhsullarını təmizləyir, xoşagəlməz qoxuları aradan qaldıraraq suyun dadını təbii olaraq təmizləyir. Aktivləşdirilmiş karbonun gümüşlə işlənməsi filtrin içərisində bakteriyaların böyüməsinin qarşısını alır. Post filtrin tövsiyə olunan dəyişim müddəti 12 aya qədərdir.

Minerallaşdırıcı

Funksiyası suyu insan sağlamlığı üçün çox vacib və balanslaşdırılmış minerallarla zəginləşdirməkdir. Filtrin gövdəsi suda yavaş-yavaş həll olan faydalı mineral kristallar ilə təchiz edilmişdir. Aktivlik ehtiyatı - 6000 litr.

Əlaqə

Suallarınızı göstərilmiş əlaqə vasitələri ilə bizə bildirə bilərsiniz. Əgər sualınız qurğu və ya xidmətlə bağlıdırsa, xahiş edirik ki, saşağıda yerləşən anketdən istifadə edin.

Ünvanımız

Rəşid Behbudov 104D, Bakı, Azərbaycan

E-poçtla bizimlə əlaqə saxlayın

info@magnuswater.az

Bizə zəng edin

+994 55 935 50 50

Göndərilir
Müraciətiniz qəbul edildi.